AZ

Tramp ABŞ müttəfiqlərindən bunu XAHİŞ ETDİ

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri Fələstinin radikal HƏMAS hərəkatına qarşı sərt tədbirlər görməyə hazırdırlar, lakin hələlik bunlar tələb olunmur.

Busaat.az xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.

“Yaxın Şərqdə və ətraf bölgələrdəki çoxlu gözəl müttəfiqlərimiz birbaşa olaraq, onlar mənə qətiyyətlə və böyük həvəslə bildirdilər ki, mənim xahişimlə Qəzzaya ağır qüvvələr gətirmək və HƏMAS bizim razılaşmalarımızı pozaraq pis davranmağa davam edərsə, HƏMAS-ı öz yerinə qoymaq fürsətini alqışlayacaqlar.

Mən bu ölkələrə və İsrailə dedim ki, vaxt hələ yetişməyib. Hələ də HƏMAS-ın düzgün addım atacağına ümid var. Əks halda, HƏMAS-ın sonu sürətli, şiddətli və qəddar olacaq”, – deyə Amerika lideri bildirib.

Yeganə

 

Seçilən
17
busaat.az

1Mənbələr