AZ

Latviya şirkətləri İKT və innovasiyalar sahəsində Azərbaycanla əməkdaşlıq üçün perspektivlər görür - Katrinа Zarina

Bakı. Trend:

Latviya şirkətləri Azərbaycanla İKT və innovasiyalar sahəsindəəməkdaşlıq imkanları görür.

Trend xəbər verirki, bunu Latviya Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvüKatrinа Zarina Bakıda keçirilən Mərkəzi Baltik - Azərbaycan biznesforumunda bildirib.

Katrina Zarina qeyd edib ki, Latviya və Azərbaycanıniqtisadiyyatları sabit artım nümayiş etdirir, Azərbaycan isə neftsektorundan kənarda yeni investisiya imkanları axtarmaqda fəallıqgöstərir.

“Latviya tərəfi olaraq, əməkdaşlıq təklif edə və Azərbaycanşirkətləri ilə birgə işləyə biləcəyimiz istiqamətlərin olduğunugörürük”, - deyə Latviya Ticarət və Sənaye Palatasının nümayəndəsivurğulayıb.

O, iki ölkə arasında iqtisadi münasibətlərin bundan sonra dainkişaf edəcəyinə, müxtəlif sahələrdə əməkdaşlığın hər iki tərəfüçün qarşılıqlı fayda gətirəcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Seçilən
77
2
az.trend.az

3Mənbələr