Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt əmiri Məşəl əl-Əhməd əs-Sabah ilə görüşündə Qəzza zolağında atəşkəsin böyük səylərin nəticəsi olduğunu və bunun qorunub saxlanmasının vacib olduğunu bildirib.
Busaat.az xəbər verir ki, Ərdoğan Qəzza zolağında böyük çətinliklə əldə edilən atəşkəsin qorunmasının kritik əhəmiyyətini vurğulayıb.
O, iki dövlətli həllin davamlı sülh üçün ilkin şərt olduğunu və İslam dünyası üçün həmişə olduğu kimi bu məsələdə vahid mövqe nümayiş etdirmənin həlledici əhəmiyyət daşıdığını qeyd edib.
Yeganə
 
                        