AZ

Qadın və kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirildi

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, hər iki çempionatda II turun qarşılaşmaları baş tutub.

Qadınların yarışında "Gəncə" "Murov Az Terminal"ı, kişilərin mübarizəsində isə "Xilasedici" "Ordu" kollektivini 3:0 hesabı ilə məğlub edib.

Matçlar müvafiq olaraq "Murov Az Terminal"ın və Fövqəladə Hallar Nazirliyinin idman zallarında reallaşıb.

Seçilən
82
fanat.az

1Mənbələr