Bakı. Trend:
Mərkəzi Baltik ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq yenimərhələyə qədəm qoyur və biznes, texnologiyalar və yaşıl enerjisahəsində tərəfdaşlığın uğurlu nümunəsinə çevrilir.
Trend xəbər verirki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Bakıdakeçirilən Mərkəzi Baltik-Azərbaycan biznes forumunda çıxışındadeyib.
Səfir tədbirin təşkilatçılarına və iştirakçılarınaminnətdarlığını ifadə edərək qeyd edib ki, bu forum iki il əvvəlbaşlanmış uğurlu əməkdaşlığın məntiqi davamıdır.
“Məhz iki il əvvəl, oktyabr ayında Estoniya, Finlandiya vəLatviyadan olan şirkət nümayəndələri ilk dəfə Azərbaycana səfəretmişdilər. Həmin vaxt forumlar, müzakirələr və B2B görüşlərkeçirilmişdi. Biz həmin vaxtdan əməkdaşlığın möhkəmləndirilməsinəvə təcrübə mübadiləsinə yönəlmiş bir çox tədbirlər həyatakeçirmişik. Bütün bunları bir sözlə ifadə etmək olar - uğur”,- deyədiplomat vurğulayıb.
Edqars Skuya bildirib ki, layihə dörd ölkənin sahibkarlarıarasında möhkəm əlaqələrin qurulmasına, bilik və təcrübəmübadiləsinə, bazar imkanlarının öyrənilməsinə töhfə verib,həmçinin ticarət-iqtisadi əməkdaşlıq üçün yeni perspektivləraçıb.
Səfir qeyd edib ki, bu fəal işin nəticəsi kimi əməkdaşlıqhaqqında memorandum imzalanıb. O, həmçinin layihəyə verdiyi dəstəyəgörə Avropa İttifaqına və "Interreg" proqramına, eləcə də forumuntəşkilatçılarına təşəkkürünü bildirib.
Sonda diplomat dörd ölkənin nümayəndə heyətlərinə təşəkkür edibvə xüsusilə "Caspian Energy Club" ilə tərəfdaşlığı qeyd edərək, onu“ən yaxşı tərəfdaş” adlandırıb.