AZ

Kiprlə Türkiyə arasında nə gözlənilir? - Prezident yeni, problem köhnə, Baxçalının“bomba ideyası”...


Azər Həsrət: “Yeni cumhur başqanı isə faktiki olaraq Türkiyənin adadan çıxmasının tərəfdarıdır”

Şimal Kipr Türk Cumhuriyyətində (ŞKTC) oktyabın 19-da keçirilən president seçkilərində Respublikaçı Türk Partiyasının (CTP) lideri Tufan Erhürman qalib gələrək ŞKTC prezidenti oldu.

Erhürman president seçildikdən sonra Türkiyənin Milli Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şimali Kiprin təcili şəkildə Türkiyəyə birləşdirilməsi ilə bağlı müraciət edib. Seçkidə seçici fəallığının az olmasının Kipr türklərinin iradəsini əks etdirmədiyini bildirən Bağçalı ŞKTR parlamentinin təcili toplanmasının vacibliyini vurğulayıb.

O, bildirib ki, parlament respublikanın Türkiyəyə birləşməsinə qərar verməlidir.

Bu nə ilə yekunlaşa bilər?

Bu arada Avropa mediası Şimali Kipr Türk Cümhuriyyətinin yeni seçilmiş prezidenti Tufan Erhurmanı Ərdoğanın opponenti və adanı birləşdirmək istəyən lider kimi təqdim edir.

Avropa mediası, təbliğat strukturları Şimali Kiprlə bağlı artıq belə təqdimat edirlər. Yəni bu halda Şimali Kiprlə Türkiyənin münasibətləri necə olacaq? Əgər yeni prezident adanın Türkiyəyə birləşməsinin tərəfindədirsə, doğrudan da Ərdoğanın opponentidirsə Türkiyə ilə münasibətlər necə ola bilər?

“Yəni söhbət Türkiyə ilə birləşməkdən getmir”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, ŞKTC-nin yeni seçilən prezidenti adanın Türkiyəyə birləşdirilməsinin tərəfdarı deyil: “Hər şeydən əvvəl demək lazımdır ki, yeni seçilmiş cumhur başqanı adanın Türkiyəyə birləşməsinin tərəfdarı deyil. O, rum kəsimi ilə birlikdə federasiya formalaşdırılmasının tərəfdarıdır. Yəni Kuzey Kıprıs Türk Cumhuriyyətinin müstəqilliyindən imtina edib rumlarla, yunanlarla birlikdə adanı bütövləşdirməyin tərəfdarıdır. Bu yolla da Avropa Birliyinə inteqrasiya olunmağı hədəfləyir. Təbiidir ki, bu zehniyyət Türkiyədəki Cumhuriyyət Xalq Partiyası (CHP) zehniyyətidir. Bunlar faktiki olaraq qardaş Türkiyədən uzaqlaşmaq yolunu seçiblər. Baxmayaraq ki, 2004-cü ildə “Anan planı” üzrə adada həm yunan, həm də türk kəsimində referendum keçirildi, o referendumda türklər birləşməyə, birləşərək Avropa Birliyinə üzv olmaq üçün “hə” dedilər, yunanlar isə birləşməyə “yox” dedilər və gedib Avropa Birliyinə adanın yarısını üzv etdilər. Yəni türklər indi bu şəxsi cumhur başqanı seçməklə əslinə qalanda qaldıqları yerdən davam edib adanı bütövləşdirmək istəyirlər. Yəni söhbət Türkiyə ilə birləşməkdən getmir. Dövlət Baxçalını narahat edən məsələ isə budur ki, əgər Kuzey Kıprıs Türk Cimhuriyyəti (KKTC) yunan kəsimi ilə birləşib adanı bütövləşdirəcəksə oradan Türkiyənin çıxması zərurəti yaranacaq. Halbuki Türkiyə adanın KKTC hissəsi təminatçıdır, orda öz qoşunlarını, öz nəzarətini saxlayır. Yəni türklərin yenidən yunanlar tərəfindən əzilməsinin qarşısını alır. Yeni cumhur başqanı isə faktiki olaraq Türkiyənin adadan çıxmasının tərəfdarıdır. Hətta onun seçilməsi tam olaraq bəlli olmadığı halda belə tərəfdarları artıq televizya kanallarına çıxaraq qardaş Türkiyənin KKTC-dəki səfirinin persona non qrata elan edilməsinə çağrış etdilər.bu cür təhlükəli durum yaranıb və ona görə də Dövlət Baxçalı ümumiyyətlə KKTC-nin qardaş Türkiyəyə b irləşdirilməsi təklifi ilə çıxış edir. Yəni oranı öz başına buraxmaq olmaz, çünki içəridə o qədər zərərli bir kəsim formalaşıb ki, həmin kəsim faktiki olaraq adanı rumlara yem etməyə hazırrdır. Təbiidir ki, bu təhlükənin qarşısı alınmalıdır. Amma bir məsələ də var ki, yeni seçilmiş cumhur başqanı elə ilk açıqlamasında dedi ki, istənilən addımı Ankara ilə məsləhətləşmədən atan deyil. Yəni Türkiyənin təminatçılığını qəbul edir, KKTC ilə bağlı bütün addımlarını Ankara ilə məsləhətləşərək atacaq”.

A.Həsrətin fikrincə, amma bir şeyi unutmaq lazım deyil ki, yeni prezident bu sözü desə də əməlində nə qədər səmimi olacaq və bu sual açıqdır. A.Həsrət vurğuladı ki, çünki yeni prezident təbliğat kampaniyası boyunca KKTC-nin müstəqilliyi ilə bağlı bir kəlmə beləsöz deməyib, əskinə onun xətti birmənalı olaraq federallaşma xəttidir. A.Həsrət qeyd etdi ki, yəni o, adada türklərin bir, rumların da bir olmaqla federasiya subyektinin yaradılması və bu sibyektlərin birləşməsi xəttini tutub. “Belə olacağı təqdirdə faktiki olaraq qardaş Türkiyə adadan ümumiyyətlə çəkilmək məcburiyyətində qalacaq. Bu da sonrakı fəlakətlərə yol açacaq. Çünki rumlara güvənmək olmaz. 1974-cü il və ondan öncəki hadisələrdə rumlar türklərə soyqırım yaşadıblar, əzazillik ediblər və yenidən kipr türkləri onların nəzarəti altına keçərsə belə halların təkrarlanmayacağını heç kim təmin edə bilməz. Ona görə də Türkiyədə bir narahatlıq var, elə bizdə də bu narahatlıq mövcuddur. Çünki KKTC həm də Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Yəni hazırkı prezident Ersin Tatar KKTC-ni hətta beynəlxalq platformalarda de-fakto tanıtmağı bacarmışdı, amma bunlar bütün həmin o uğurların üstündən xətt çəkib KKTC-ni yox etməyə çalışırlar. Dövlət Baxçalı da bu təhlükənin qarşısını almaq üçün KKTC-nin Türkiyə Cumhuriyyətinə birləşdirilməsi çağrışını edir”-deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA

Seçilən
75
baki-xeber.com

1Mənbələr