Bakıda evdən meyit tapılıb.Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 7 ünvanında qeydə alınıb. Orada yaşayan, narkotik aludəçisi, 1992-ci il təvəllüdlü Sergey Leonidoviç Ribinskiy yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib. Onun qəbul etdiyi yüksək dozalı narkotikin təsirindən öldüyü ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.