AZ

Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb

ABŞ-ın bitki mənşəli süni ət istehsalçısı Beyond Meat, ABŞ-ın pərakəndə satış şəbəkəsi Walmart ilə əməkdaşlığa başladığını açıqlayıb.

Marja xəbər verir ki, əməkdaşlıq çərçivəsində şirkətlər ABŞ üzrə 2 mindən çox Walmart mağazasında seçilmiş məhsulların satışını artırmağı planlaşdırır.

Açıqlamadan sonra Beyond Meat-in səhmləri 70%-ə qədər bahalaşıb.

Artıq Walmart mağazalarının rəflərində Beyond Burger 6-lı paket, Beyond Chicken Pieces və Beyond Steak Korean BBQ-Style kimi məhsullar da satışda olacaq.

Seçilən
86
marja.az

1Mənbələr