AZ

Türkiyənin Ali Təhsil Şurasının sədri Qarabağ Universitetini ziyarət edib (FOTO)

Bakı. Trend:

Oktyabrın 21-də elm və təhsil naziri Emin Əmrullayev vəTürkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın başçılıqetdiyi nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumatverilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti universitetinyeni tədris korpusunda aparılan tikinti-quruculuq işləri, QarabağUniversitetinin Klinikası və tələbə yataqxanasında yaradılanşəraitlə tanış olub. Qonaqlara auditoriyalar, laboratoriyalar vəkitabxana nümayiş etdirilib, tədris və elmi mühitinformalaşdırılması istiqamətində görülən işlər barədə məlumatverilib.

Daha sonra Qarabağ Universitetinin tələbələri ilə görüşkeçirilib. Görüşdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayevuniversitetin qısa müddətdə əldə etdiyi uğurlardan, tələbələr üçünyaradılan müasir təhsil imkanlarından və qarşıya qoyulan əsashədəflərdən danışıb. Nazir vurğulayıb ki, Qarabağ Universitetiregionun intellektual və elmi potensialının inkişafında mühüm roloynayacaq.

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar çıxışındaAzərbaycan və Türkiyə arasında təhsil əməkdaşlığınıngücləndirilməsinin vacibliyini qeyd edib, birgə layihələr vəTürkiyə–Azərbaycan Universitetinin fəaliyyəti barədə məlumat verib.O, həmçinin Qarabağ Universiteti ilə Türkiyənin ali təhsilmüəssisələri arasında gələcək əməkdaşlıq və akademik mübadilələrinəhəmiyyətini vurğulayıb.

Tədbir Qarabağ Universitetinin İncəsənət fakültəsinintələbələrinin ifasında təqdim olunan konsert proqramı iləyekunlaşıb.

Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Türkiyənin
Seçilən
82
14
az.trend.az

10Mənbələr