AZ

“Qarabağ”a hörmətlə yanaşırıq, amma..."

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Atletik” (İspaniya) – “Qarabağ” oyunu öncəsi Bilbao klubunun baş məşqçisi Ernesto Valverde qarşıdakı matçla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında bildirib ki, komandası vacib qarşılaşmadan xal və qələbə ilə ayrılmaq istəyir:

“Qarabağ”la matçda xal qazanmaq üçün fürsətimiz var. Turnir cədvəlində onlar bizdən öndədirlər, biz isə son pillədəyik. Əsas məqsədimiz qələbə qazanmaqdır. “Qarabağ”a hörmətlə yanaşırıq, çünki onlar artıq Çempionlar Liqasının köklü komandaları olan “Benfika” və “Kopenhagen”i məğlub ediblər. Rəqibin potensialını yaxşı bilirik”.

Valverde həmçinin komandasının görüşə tam hazır olduğunu vurğulayıb:

“Bu həftə oynayacağımız ilk matçdır və özümüzü həm fiziki, həm də mənəvi cəhətdən gümrah hiss edirik. Meydana çıxıb azarkeşlərimiz qarşısında yaxşı nəticə qazanmaq istəyirik”.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” qarşılaşması oktyabrın 22-də “San Mames” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Seçilən
20
90deqiqe.az

1Mənbələr