AZ

Cinayət məsuliyyətinə görə yaş həddi azaldılır

Rusiya Dövlət Dumasına təqdim olunan yeni qanun layihəsi, sabotaj xarakterli cinayətlərdə cinayət məsuliyyəti yaşının 16-dan 14-ə endirilməsini nəzərdə tutur.

"Cebheinfo.az" xəbər verir ki, Təhlükəsizlik Komitəsinin sədri Vasili Piskaryov bildirib ki, son dövrlərdə xarici kəşfiyyat xidmətləri məktəb yaşında olan uşaqları sabotaj hərəkətlərinə cəlb etməyə çalışır:

“Onlara deyirlər ki, azyaşlı olduqları üçün cəza almayacaqlar. Bu səbəbdən yaş həddinin endirilməsi çəkindirici tədbirə çevriləcək”.

Hazırkı qanunvericiliyə əsasən, qətl, oğurluq, terror aktı və ya terror təşkilatına üzvlük kimi ağır cinayətlərdə cinayət məsuliyyəti 14 yaşdan başlayır.

Yeni düzəliş, sabotaj cinayətlərində də eyni tətbiqin həyata keçirilməsini və “qanuni boşluğun” aradan qaldırılmasını hədəfləyir.

Layihə həmçinin sabotaj cinayətlərində müddətin keçməsinin (zaman aşımı) ləğv edilməsini, şərti azadlığa buraxılmanın yalnız cəzanın dörddə üçü çəkildikdən sonra mümkün olmasını və yeniyetmələri sabotaj və ya terror aktlarına yönləndirən şəxslərə verilən cəzaların ağırlaşdırılmasını nəzərdə tutur.

Seçilən
83
1
cebheinfo.az

2Mənbələr