“Real Madrid istədiyini edə bilər, biz qərarımıza sadiq qalacağıq”
Offsideplus.az xəbər verir ki, bunu "Barselona" Prezidenti Laporta müxbirlərə açıqlamasında bildirib.
O, müxbirin bu sualına cavab verib: “Real Madrid" Mayamidə keçiriləcək oyundan narazıdır. Bu barədə nə deyə bilərsiniz?”
Laportanın cavabı bu cür olub:“Biz bu kimi hallara öyrəşmişik. Mayami məsələsi əvvəlcədən La Liqa və "Villarreal" klubu ilə razılaşdırılıb. Hər şeyi sakit şəkildə idarə edəcəyik. Mayamidə və ABŞ-də azarkeşlərə xoş anlar yaşadacağıq.”
Laporta, həmçinin, əzəli rəqiblərinin sərbəst olduğunu əlavə edib: “Real Madrid istədiyini etməkdə azaddır, mən qarışmayacağam. Mən "Barselona" prezidentiyəm, onlar isə özlərinin doğru bildiyini edir. Biz qəbul edilən qərarı həyata keçirməyə davam edəcəyik və mübahisəyə girməyəcəyik.”
Qeyd edək ki, başda "Real Madrid" olmaqla bütün La Liqa ictimaiyyəti liqada "Villarreal" - "Barselona" oyununun ABŞ-də keçiriləcək olmasına etiraz edir.