AZ

Kişi pivə içdikdən sonra ÖLDÜ – İçkidə metanfetamin TAPILDI

Yeni Zelandiyada 21 yaşlı Oklend sakini pivədən bir qurtum içdikdən sonra komaya düşərək vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Gənc işdən sonra rəhbərindən hədiyyə olaraq aldığı Kanadanın “Honey Bear Beer” markalı pivəsini içərkən dadının qeyri-adi dərəcədə duzlu olduğunu hiss edib. Bir neçə dəqiqə sonra onun səhhəti kəskin pisləşib, bədəni göyərib və aqressiv davranışlar müşahidə olunub.

Xəstəxanaya çatdırılan kişi komaya düşüb və beş gün sonra ürək dayanmasından ölüb. Araşdırma zamanı məlum olub ki, pivə bankasında mayə metanfetamin olub.

Polis ölkə üzrə araşdırma apararaq qlobal narkotacir şəbəkəsini aşkarlayıb. Oklenddə yerləşən anbarlardan birində təxminən 700 kiloqram mayə metanfetamin ələ keçirilib. Narkotik maddə ABŞ-dən gətirilən kombuça, Hindistandan gətirilən kokos suyu və Kanadadan gələn pivə partiyalarının arasında tapılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr