AZ

Bakıda Azərbaycan, Latviya, Estoniya və Finlandiyanın işgüzar dairələri arasında memorandumlar imzalanıb

Bakı. Trend:

Bakıda Azərbaycan, Latviya, Estoniya və Finlandiya işgüzardairələri arasında əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlıanlaşma memorandumlarının imzalanma mərasimi keçirilib.

Trend xəbərverir ki, imzalanma mərasimi Bakıda keçirilən “Mərkəzi Baltikyanı –Azərbaycan” biznes forumu çərçivəsində baş tutub.

Birinci memorandum “Caspian Energy Club” qrupunun İdarəHeyətinin sədri və baş direktoru Telman Əliyev, Latviya Ticarət vəSənaye Palatasının İdarə Heyətinin sədri Katrina Zariņa vəLatviyanın Azərbaycandakı səfiri Edqars Skuya tərəfindənimzalanıb.

İkinci memorandum “Caspian Energy Club” ilə FinlandiyanınSatakunta Tətbiqi Elmlər Universiteti arasında imzalanıb. SənədəTəelman Əliyev, universitetin dekanı Heykki Haaparanta vəFinlandiyanın Azərbaycandakı səfiri Kirsti Narinen imzaatıblar.

Üçüncü sənəd “Caspian Energy Club” ilə EstoniyanınAzərbaycandakı səfirliyi arasında imzalanıb. Estoniya tərəfdənsənədi səfir Veyno Reynart imzalayıb.

Növbəti üç saziş Azərbaycan Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyası (ASK) ilə xarici tərəfdaşlararasında əməkdaşlığa həsr olunub.

Sənədləri ASK-ın vitse-prezidenti Vüqar Zeynalov və LatviyaTicarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Katrina Zariņaimzalayıblar.

Eyni zamanda, Satakunta Tətbiqi Elmlər Universiteti ilə ASKarasında da memorandum imzalanıb.

Bundan əlavə, Estoniyanın Azərbaycandakı səfirliyi ilə ASKarasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədə VüqarZeynalov və səfir Veyno Reynart imza atıblar.

Daha üç sənəd isə “Nordic Business Community Azerbaijan” və onunxarici tərəfdaşları tərəfindən imzalanıb.

Xüsusilə, sənədi "Nordic Business Community Azerbaijan"təşkilatının koordinatoru Bəhram Atabəyli və Katrinya Zariņaimzalayıblar.

Bundan əlavə, Bəhram Atabəyli və Heykki Haaparanta "NordicBusiness Community Azerbaijan" ilə Satakunta Tətbiqi ElmlərUniversiteti arasında sənəd imzalayıblar.

Daha bir memorandum isə Bəhram Atabəyli və səfir Veyno Reynarttərəfindən imzalanıb.

Həmçinin, Finlandiyanın “EnergiaVFX” şirkəti ilə Azərbaycanın“RogVFX” şirkəti arasında, eləcə də Estoniyanın “Fleetguru” şirkətiilə Azərbaycanın “Axiom” şirkəti arasında qarşılıqlı anlaşmamemorandumları imzalanıb.

Seçilən
12
1
az.trend.az

2Mənbələr