Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakıda Malayziyanın Milli Günü münasibətilə Malayziyanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan rəsmi tədbir keçirilir.
Bizimyol.info xəbər verir ki, Malayziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən rəsmi tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza, ölkələr arasında inkişaf edən ictimai, siyasi, iqtisadi, mədəni əlaqələr barədə danışıb. Səfir Azərbaycanla Malaziyanın gələcəkdə planlanlanan layihələrdə birgə əməkdaşlığın önəminə diqqət çəkib.
Tədbirin fəxri qonağı Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev çıxışı zamanı Malayziyanın Azərbaycanla dostluq münasibətlərindən danışıb. Nazir ölkələr arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
"Dost Malayziya xalqını Malayziyanın Milli Günü münasibətilə təbrik edirəm"-deyə nazir çıxışını yekunlaşdırıb.
Tədbirin rəsmi hissəsinin ardından Malayziyanın milli geyim və yeməkləri qonaqlara təqdim edilib. Sonda Malayziyanın musiqi sədaları altında milli rəqs təqdimatı ifa edilib.
Qeyd edək ki, tədbirdə Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza, fəxri qonaq qismində Elm və Təhsil naziri Emin Əmrullayev, ümumi qonaqlar arasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, həmçinin Azərbaycan Milli Məclisinin üzvləri, ictima-siyasi xadimlər iştirak edirlər.
Orxan, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.