
Rusiyanın Federal Maliyyə Monitorinqi Xidməti “terrorçular və ekstremistlər” reyestrini yeniləyib.
Yeniavaz.com xəbər verir ki, blogger İlya Varlamov, politoloq Sergey Medvedev və “Dojd” televiziyasının aparıcısı Anna Monqayt da daxil olmaqla, 69 nəfər siyahıya əlavə edilib.
Onların adlarının yanında heç bir işarə yoxdur ki, bu da Rusiya hakimiyyətinin onları “ekstremist fəaliyyətdə əli” hesab etdiyini göstərir.
Rosfinmonitorinq reyestrinə daxil olan şəxslər bank əməliyyatlarını həyata keçirə bilmirlər - onların Rusiyadakı hesabları dondurulub.