AZ

Türkiyədə boşanan kişi keçmiş arvadının pişiklərinə 10 il ALİMENT ÖDƏYƏCƏK

Türkiyədə kişi boşandıqdan sonra 10 il “pişik alimenti” ödəyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İstanbul sakini boşanma zamanı bağlanan razılaşmaya iki pişiyin keçmiş həyat yoldaşında qalacağını və onların baxımı üçün 2035-ci ilə qədər hər üç aydan bir 10 min lirə (təxminən 405 man) köçürəcəyini daxil edib.

Sözügedən məbləğ illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.

Bundan əlavə, kişi keçmiş arvadına 550 min lirə (təxminən 22 min 275 man) məbləğində mənəvi təzminatı da birdəfəlik ödəyəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
122
interpress.az

1Mənbələr