AZ

“Bu, yarışın saxtalaşdırılması deməkdir”

Madrid “Real”ının kapitanı və müdafiəçisi Dani Karvaxal La Liqa prezidenti Xavyer Tebasın açıqlamasına sərt reaksiya verib.

90deqiqe.Az-ın məlumatına görə, ispan futbolçu sosial şəbəkə hesabında Tebasa ünvanladığı paylaşımında yazıb:

“Salam, cənab Xavyer Tebas. Qayda pozuntusu yarışın saxtalaşdırılması deməkdir. Siz “Real Madrid” televiziya kanalının videoları barədə istədiyinizi deyə bilərsiniz, amma qaydaların pozulması faktını görməməzlikdən gələ bilməzsiniz. Əgər həmin oyun baş tutarsa, bu, turnirin nüfuzuna ləkə salacaq. Uğurlu gün arzulayıram”.

Xatırladaq ki, Xavyer Tebas daha əvvəl Karvaxalın ABŞ-da “Vilyarreal” – “Barselona” matçının keçirilməsini tənqid etməsinə cavab olaraq “Real” klubunun televiziya kanalını İspaniya çempionatına zərər vurmaqda ittiham etmişdi.

Qeyd edək ki, İspaniya mətbuatında yayılan məlumata görə, La Liqa rəhbərliyi 17-ci turun “Vilyarreal” – “Barselona” oyununu ABŞ-da keçirməyi planlaşdırır.

Seçilən
73
90deqiqe.az

1Mənbələr