AZ

“Bolonya”nın baş məşqçisi pnevmoniyaya görə xəstəxanaya yerləşdirilib

“Bolonya” klubunun baş məşqçisi Vinçenso İtalyano pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Məlumata görə, mütəxəssis hazırda “Sant’Orsola-Malpighi” ümumi profilli xəstəxanasında müalicə olunur. Onun vəziyyəti tədricən yaxşılaşsa da, İtalyano komandasının qarşıdakı iki oyununda – 23 oktyabrda Avropa Liqasında FCSB-yə qarşı, həmçinin 26 oktyabrda A Seriyasında “Fiorentina” ilə matçda texniki zonada olmayacaq.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində iki oyundan sonra “Bolonya” 1 xal toplayaraq 3-cü pillədə qərarlaşıb. İtaliya A Seriyasında isə komanda 13 xalla 5-ci yerdədir.

Seçilən
107
90deqiqe.az

1Mənbələr