Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı ölkənin Təhlükəsizlik Şurasının rəsmi saytından silinib.
News24.az xəbər verir ki, Təhlükəsizlik Şurasının saytında bu qurumun üzvlərinin siyahısını əks etdirən bölmə tamamilə ləğv edilib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi tərəfindən Mehdiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278-ci (hakimiyyətin zorla ələ keçirilməsi və ya zorla saxlanması) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri üzrə ittiham irəli sürülüb.
