"Neftçi" bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, I qrupunda mübarizə aparan "ağ-qaralar" Estoniyanın "Kalev" klubu ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma saat 18:30-da başlayıb. Bu görüşdən "Neftçi" 95:84 hesabı ilə qalib gəlib (Əsas vaxt: 16:20, 19:22, 32:19, 14:20, Overtaym: 14:3).

"Neftçi" ilk turda "Treft"a (Polşa) məğlub olub.

Qeyd edək ki, bu qrupun digər oyununda "Abşeron Lions" sabah Bakıda "Trefl"i qəbul edəcək.