AZ

“Braziliyada hakimlik artıq çoxdan daha peşəkar olmalı idi”

“Santos” klubunun hücumçusu Neymar Braziliya A Seriyasının 29-cu turunda “Vitoriya” ilə keçirilən oyunda komandasının qapısına penalti təyin edilməsinə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, hadisədən sonra Neymar sosial şəbəkə X (keçmiş “Twitter”) hesabında hakimliklə bağlı narazılığını ifadə edib:

“Braziliyada hakimlik artıq dünən daha peşəkar səviyyəyə çatmalı idi!”

Matç “Vila Belmiro” stadionunda baş tutub və qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Vitoriya” qələbə qolunu penalti zərbəsindən vurub.

Hazırda 33 yaşlı futbolçu dizaltı vətər zədəsindən sonra bərpa prosesini davam etdirir. Neymar oyunu tribunadan izləyib.

Qeyd edək ki, futbolçunun “Santos”la müqaviləsi 2025-ci ilin sonunadək qüvvədədir.

Seçilən
102
90deqiqe.az

1Mənbələr