Böyük Britaniya Parlamenti “Hay’at Tahrir al-Sham” (HTS) qruplaşmasını terror təşkilatları siyahısından çıxarmaq barədə qərar qəbul edib.
Rəsmi açıqlamaya görə, bu addım ötən ilin dekabrında Əsəd rejiminin devrilməsindən sonra formalaşan yeni Suriya hökuməti ilə daha sıx əməkdaşlığa yol açır.
Londonun bəyanatında vurğulanıb ki, HTS-in fəaliyyətinə qoyulan qadağanın ləğvi Suriyadakı dəyişən vəziyyəti əks etdirir və bu, Britaniyaya terrorizmlə mübarizə, qanunsuz miqrasiyanın qarşısının alınması və Suriya kimyəvi silah proqramının ləğvi kimi prioritetlərini daha səmərəli həyata keçirməyə imkan verəcək.