AZ

Bakıda 1000 şagirdi olan məktəbin işığı yanmır, suyu da gəlmirVİDEO

Su kəsilib, məktəbin sanitar qovşaqları daşınma su ilə təmizlənir...

Dərsləri elektron lövhələrlə keçmək mümkün deyil. Çünki, 1000-ə yaxın şagirdi olan bu təhsil ocağında - paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 327 nömrəli tam orta məktəbdə, iki həftədir, elektrik enerjisi kəsilib.

Xezerxeber.az-ın xəbərinə görə, valideynlər deyirlər ki, uşaqlarımız antisanitariya şəraitində təhsil alır. Biz həm onların sağlamlığından, həm də keyfiyyətsiz aldıqları təhsildən narahatıq, bu vəziyyət onların imtahan nəticələrinə də təsir edəcək.

Məktəbə gələn xətlər elektrik dirəyindən ayrılıb, təhlükəli vəziyyətdə aşağı sallanır.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələnin onlara aidiyyəti yoxdur. Problem məktəbin özünün şəbəkəsinə aiddir.

Bakı Şəhəri üzrə təhsil idarəsindən isə bildirildi ki, 327 saylı tam orta ümumtəhsil məktəbində elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub.

Məsələnin həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
91
2
xezerxeber.az

3Mənbələr