ain.az bildirir, futbolpress-az portalına istinadən.
“Neftçi”nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Bakıda Estoniyanın “Kalev” komandası ilə qarşılaşıb. Matç “Neftçi”nin qələbəsiylə başa çatıb – 95:84.
“Neftçi” ilk matçında Polşada “Trefl”ə uduzub – 63:92. I qrupunun digər görüşündə “Abşeron Lions” sabah Bakıda “Trefl”lə üz-üzə gələcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.