AZ

Mingəçevirdə dəhşətli QƏZA: Ölən və yaralanan var – YENİLƏNİB

Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 21.10.2025-ci il tarixində saat 19:00 radələrində 1956-cı il təvəllüdlü şəxs (qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görı, sol ayağın incik sümüyünün, sağ qolun bazu sümüyünün sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü şəxsin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb

***

 20:25

Mingəçevir şəhərində iki qadını maşın vurub.

NOCOMMENT.az-ın Qarabağ bürosu xəbər verir ki, Təbriz küçəsində baş verən hadisə zamanı hərəkətdə olan “VAZ-2106” maraqlı minik avtomobili yolu keçən iki qadını vurub.

“Vaz 2106” markalı avtomobilin törətdiyi qəza nəticəsində 1968 təvəllüdlü Firəngiz Əhmədova dünyasını dəyişib, 1956 təvəllüdlü İsmayılova Zöhrə isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırılma aparılır.

Seçilən
18
nocomment.az

1Mənbələr