AZ

Qırılan elektrik naqili əvvəl sakini, sonra heyvanları vurduVİDEO

Heyvan otaran şəxsi elə heyvanlarla birlikdə elektrik vurub.

Xezerxeber.az xəbər verir ki, hadisə  Siyəzənin rayonunun  Sədan kəndində baş verib. Kənd ərazisində elektrik naqilinin qırılması hadisəyə səbəb olub. Heyvan otaran iki şəxsdən biri  heyvanlarının qəfildən yerə yıxıldığını görüb. Yaxınlaşanda onu da elektrik vurub. 5 baş heyvan tələf olub.   

Cərəyan vurması nəticəsində xəsarət alan  35 yaşlı  Seymur Əhmədov  xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
91
xezerxeber.az

1Mənbələr