"Bavariya" baş məşqçi Vensan Kompani ilə yola davam edəcək.
Bizim.Media xəbər verir ki, Bundesliqa nəhəngi belçikalı çalışdırıcının müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin yayında "Bavariya"nın baş məşqçisi postuna təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Almaniya çempionu olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta