AZ

Trampla görüşdən sonra dönüş: Zelenski sülh üçün “cəbhə xətti” planını açıqladı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ukraynadakı münaqişənin cəbhə xəttində dondurulması danışıqlar üçün başlanğıc nöqtəsi ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat paylaşıb.

Zelenskinin sözlərinə görə, cəbhə xəttinin sabitləşdirilməsi diplomatiyanın başlanğıcı kimi dəyərləndirilə bilər. O bildirib ki, Rusiya tərəfi ilə bu formada dialoqa başlamaq qərarı ABŞ Prezidenti Donald Trampla görüşdən sonra qəbul edilib.

Qeyd edək ki, bu həftənin əvvəlində Donald Tramp da Ukraynadakı münaqişənin tezliklə başa çatacağını bildirib. Onun sözlərinə görə, hərbi əməliyyatların sonu artıq yaxınlaşır.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
globalinfo.az

1Mənbələr