AZ

"Tottenhem" "Portu"nun bombardirini transfer edə bilər

“Portu”nun hücumçusu Samu Aqexova karyerasını İngiltərənin “Tottenhem” klubunda davam etdirə bilər.

90deqiqe.Az "TBR Football"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu London klubunun transfer hədəfləri sırasındadır. Premyer Liqa klubu artıq 21 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayıb.

Futbolçunun “Portu” ilə müqaviləsində 100 milyon avro məbləğində çıxış haqqı nəzərdə tutulub. Lakin klubun hazırkı maliyyə vəziyyəti səbəbindən onu daha aşağı qiymətə satmaq imkanı var.

Cari mövsümdə Aqexova bütün turnirlər daxil olmaqla 9 oyuna çıxaraq 8 qol vurub. Onun “Porto” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir. Əvvəlki məlumatlara görə, “Porto” hücumçunu qış transfer pəncərəsində satmaq ehtimalını az hesab edir.

Seçilən
101
90deqiqe.az

1Mənbələr