AZ

128 nömrəli tam orta ümumtəhsil məktəbi yanğın xəbərini təkzib etdi » AzadMedia.az


128 nömrəli tam orta ümumtəhsil məktəbinin məlumatı:

Təhsil müəssisəsində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Axşam saatlarında valideyn tərəfindən göndərilmiş fotoda məktəbin yandığı təsvir olunub. Məktəb rəhbərliyi tərəfindən binaya baxış keçirilib və məlumatın yanlış olduğu aşkarlanıb.
Məktəbin həyətyanı ərazisindəki ağac qırıntılarının yandırıldığı məlum olub.

Lakin yoxlama aparılana qədər Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) məlumat verildiyindən aidiyyəti orqanlar məktəbə gəlib. Ərazidəki ağac qırıntılarının yanması söndürülüb, binaya və digər infrastruktura heç bir ziyan dəyməyib.
Seçilən
40
24
azadmedia.az

10Mənbələr