AZ

Efiopiyada qatar qəzası: 15 ölü


Efiopiyanın şərqində qatarın toqquşması nəticəsində 15 nəfər həlak olub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Yerli mətbuatın məlumatına görə, Efiopiyanın Cibuti ilə sərhədində yerləşən Dewele şəhərindən Dire Davaya gedən sərnişin qatarı qəzaya uğrayıb.

Şinile şəhəri yaxınlığında qatar relsdən çıxıb və digər hərəkətsiz qatarla toqquşub.

Dire Dawa rəsmiləri qəzada 15 nəfərin öldüyünü, 29 nəfərin yaralandığını açıqlayıb.

Hadisə yerindən olan görüntülərdə bəzi vaqonların aşdığı, digərlərinin isə əzildiyi görünür.

aia.az
Tərcümə şöbəsi



Seçilən
15
1
aia.az

3Mənbələr