Oktyabrın 21-də qızılın birja qiyməti kəskin şəkildə azalıb.
Publika.az xəbər verir ki, bu barədə “Prime” agentliyi məlumat yayıb.
Bildirilib ki, qiymətli metalın səhm qiyməti enişini 5%-ə qədər sürətləndirib. Belə ki, qızıl fyuçersləri bir həftəlik qazancdan sonra unsiya üçün 4133 dollara düşüb.
Bakı vaxtı ilə saat 18:37-yə olan məlumata görə, Nyu-Yorkun "Comex" birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 214,1 dollar və ya 4,93% azalaraq bir troya unsiyası üçün 4145,3 dollar təşkil edib. Həmin gün keçirilən ticarət zamanı qiymət minimum səviyyəyə – 4133 dollara qədər enib.
Oktyabrın 16-da qızılın qiyməti tarixi maksimuma çatmışdı. İlk dəfə olaraq bir troya unsiyası üçün 4300 dollar həddini keçmişdi.