Biləsuvarda qonşular arasında ədavət qanlı olayla nəticələnib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayon mərkəzində, Avtovağzal ərazisində baş verib.
Məlumata görə, Ovçubərə kənd sakini, 1980-ci il təvəllüdlü Rüfət Xudaşükür oğlu Mikayılov həmkəndlisi, 32 yaşlı Novruz Müstəcəb oğlu İmanov tərəfindən bıçaqlanıb.
Hadisə zamanı R. Mikayılov iki bıçaq xəsarəti alıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti qənaətbəxşdir.
İlkin versiyaya görə, hadisəyə tərəflər arasında uzun müddətdir davam edən ədavət səbəb olub. R. Mikayılovun Bakıya səfərdən qayıtmasını eşidən qonşusu onu izləyərək bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.