"Mehdiyev Azərbaycan əlifbasını bilmir" - 
                    
                        "Ramiz Mehdiyevin heç bir elmi nəticəsi yoxdur. Onu bunu vəzifəyə qoymaqla, deputat seçdirməklə (məşğul olub -red.). Çoxları üzünə durdu ki, mən yazmışam. Kitabların, məqalələrin hamısını başqa adam yazıb".Metbuat.az-ın məlumatına görə, bu sözləri AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov "Bakupost"a videomüsahibəsində deyib.   O qeyd edib ki, Ramiz Mehdiyev Azərbaycan əlifbasını oxuya bilmir:"Vəzifəli adam dedi ki, o Azərbaycanın indiki əlifbasını oxuya bilmir heç. Köhnə rus əlifbası ilə oxuyur. Ona görə hansı elmdən söhbət gedə bilər?".Zaur Əliyev / Metbuat.az
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
