AZ

İlkin Fikrətoğlu: Təki AFFA-dakılar Ayxan Abbasova o imkanı yaratsınlar

“Bu oyunlar azarkeşlərin komandaya, futbolçuların isə özünəinamını geri qaytardı”.

Bu sözlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış telejurnalist millinin DÇ-2026-nın seçmə mərhələsində Fransa və Ukrayna ilə keçirdiyi səfər matçlarını qiymətləndirib.

Bildirib ki, komandamız fransızlara 0:3, ukraynalılara 1:2 hesabıyla uduzsa da, mübariz təsir bağışlayıb:

«Bəli, biz rəqib meydanında həm Fransaya, həm Ukraynaya uduzduq. Amma bu məğlubiyyətlərin əvvəlkilərdən fərqi odur ki. indi az-çox sabah ümid var.

Məsələn. əminəm ki. bu komanda Millətlər Liqasında qalib olub, yenidın yüksık diviziona qalxacaq. Fernandu Santuşun dövründə adam San Marinoya da uduzacağından qorxurdu.

İndi isə AVRO-2028-in seçmə mərhələsindıə isə daha döyüşkən komanda görəcəyimizə inam var. Təki AFFA-dakılar Ayxan Abbasova o imkanı yaratsınlar.

Sosial şəbəkələrdə “çoxdandır millininı izləımirdim, indi həvəslə baxıram” və ya “illərdir komandanın belə mübariz oynamasını görmürük” tipində yazıları görmək olduqca xoşdur.

Milli komandadan üz çevirən insanlar yavaş-yavaş geri dönür. Çünki Ayxan Abbasov ilk olaraq bu komandaya milli ruhu qaytarlb.

Qalır nəticə. Ümidimiz?

Gözləntilərimizi meydanda reallaşdırmaq. Belə də davam elə, Ayxan Abbasov, uğurlar!».

Seçilən
95
sportinfo.az

1Mənbələr