AZ

Avropa və Ukrayna Rusiyayla müharibəyə son qoymaq üçün 12 bəndlik plan hazırlayır – Bloomberg

Avropa dövlətləri Ukrayna ilə birgə Rusiyayla müharibənin dayandırılması məqsədilə 12 bənddən ibarət sülh planı üzərində işləyir.

Editor.az xəbər verir ki, bu barədə məlumatı Bloomberg yayıb.

Mənbəyə görə, plan münaqişənin mövcud cəbhə xətti üzrə dayandırılmasını və Kremlin yeni tələblərinin – Ukraynanın kapitulyasiyası və ərazi güzəştləri müqabilində sülh sazişi bağlanması – qəti şəkildə rədd edilməsini nəzərdə tutur.

Təklif edilən planın icrasına ABŞ prezidenti Donald Trampın sədrliyi ilə yaradılacaq sülh şurası nəzarət edəcək. Sənədə əsasən, Rusiya və Ukrayna atəşkəs razılaşmasına gəldikdən sonra tərəflər qarşılıqlı hücumlardan imtina etməlidirlər.

Sülh planında həmçinin aşağıdakı bəndlər yer alır:

deportasiya edilən bütün ukraynalı uşaqların geri qaytarılması;

hərbi əsirlərin mübadiləsi;

Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi;

ölkənin bərpası üçün maliyyə dəstəyi;

Ukraynanın Avropa İttifaqına sürətlə üzvlüyə qəbul prosesi.

Bloomberg-in məlumatına görə, bu təşəbbüs müharibənin dayandırılması istiqamətində yeni diplomatik mərhələnin başlanğıcı ola bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
125
50
editor.az

10Mənbələr