AZ

United Airlines təyyarəsinə çırpılan naməlum obyektin nə olduğu müəyyənləşib

United Airlines təyyarəsinə çırpılan naməlum obyektin nə olduğu müəyyənləşib

ABŞ mərkəzli hava proqnozu şirkəti WindBorne Systems ötən həftə Denver–Los Anceles reysi zamanı United Airlines təyyarəsinin ön şüşəsini parçalayan naməlum obyektin özlərinə məxsus hava balonu olduğunu təsdiqləyib.

Şirkətin həmtəsisçisi Kay Marşlend bildirib ki, bu hadisədə sözügedən balonun onlara aid olduğunu düşünürlər.

Altı il əvvəl qurulan WindBorne Systems kiçik və aşağı maliyyətli hava balonları vasitəsilə atmosfer məlumatları toplayaraq süni intellekt əsaslı hava proqnozu modelləri hazırlayır. Şirkətin təxminən 1,2 kiloqramlıq balonları temperatur, külək sürəti və təzyiq kimi göstəriciləri qeyd edir.

Xatırladaq ki, hadisə cümə axşamı günü Boeing 737 MAX tipli təyyarənin uçuşu zamanı qeydə alınıb. Həftəsonu ərzində hadisənin kosmik tullantılardan qaynaqlana biləcəyi iddia olunsa da, araşdırmalar nəticəsində çarpmanın WindBorne şirkətinə məxsus hava balonundan qaynaqlandığı müəyyənləşdirilib.

WindBorne şirkəti rəsmi saytında bildirir ki, onların “WindBorne Atlas” adlanan qlobal balon şəbəkəsi hava nəqliyyatı üçün risk daşımır.

Şirkət həmçinin balonlarının FAA qaydalarına tam uyğun olduğunu və müvafiq qurumlara real vaxt izləmə sisteminə çıxış imkanı təqdim etdiklərini açıqlayıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı rəsmi araşdırmanı davam etdirir. Hadisədə ölən və ya ağır yaralanan olmayıb.

Seçilən
83
afn.az

1Mənbələr