UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün qrup mərhələsinin III turu çərçivəsində “Kayrat” evdə Kiprin “Pafos” komandası ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, oyun Almatıdakı “Mərkəzi” stadionunda keçirilib və baş hakim kimi İngiltərədən Kris Kavana çalışıb.
Matç 0:0 hesabı ilə başa çatıb. “Kayrat” komandasının üstün oyununa baxmayaraq, qələbə qazana bilməyib. “Pafos”dan Joau Korrea matçın 5-ci dəqiqəsində rəqib oyunçunun üzünə zərbə endirdiyi üçün qırmızı vərəqə alıb.
Növbəti turda “Kayrat” Milanın “İnter”i ilə qarşılaşacaq, “Pafos” isə “Vilyarreal”ın qonağı olacaq. Hər iki oyun noyabrın 5-də baş tutacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 2025/2026 mövsümünün finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək və əsas görüş 30 may 2026-cı il tarixində baş tutacaq.