AZ

Andriç Bundesliqa tarixində yeni rekorda imza atıb

Almaniya Bundesliqasının VII turu çərçivəsində keçirilən qarşılaşmada “Bayer” səfərdə “Maynts”ı 4:3 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, bu oyunda “Bayer”in təcrübəli futbolçusu Robert Andriç Bundesliqada səfərdə 38-ci matçında məğlub olmayaraq yeni rekord müəyyən edib. Öncəki rekord 37 oyun idi və Braziliyalı Dante ilə Münhen “Bavariya”sının sabiq kapitanı, Almaniya millisinin üzvü Filip Lam tərəfindən müəyyən olunmuşdu.

Hazırda “Bayer” Bundesliqada 5-ci pillədə qərarlaşıb.

Seçilən
54
90deqiqe.az

1Mənbələr