"Vilyarreal" – "Barselona" oyununun ABŞ-də keçirilməsi qərarı ləğv edildi.

Offsideplus.az xəbər verir ki, La Liqa rəsmi olaraq bildirib ki, Mayamidə keçirilməsi planlaşdırılan "Vilyarreal" – "Barselona" qarşılaşması promouterin imtinası səbəbindən ləğv edilib.

Qərarın əsas səbəbi son həftələrdə İspaniyada yaranan qeyri-müəyyənlik və qarışıqlıq olub.