AZ

İngiltərə klubundan qeyri-adi addım - qapıçı ilə cəmi 7 günlük müqavilə

İngiltərənin “Şeffild Uensdey” klubu qapıçı böhranı ilə üzləşdikdən sonra maraqlı addım atıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub “Bristol Siti”dən təcrübəli qapıçı Co Lamlinin icarəyə götürüb.

30 yaşlı qolkiperlə bağlanan müqavilə cəmi yeddi gün müddətinə hesablanıb. Bu qərar komandanın əsas qapıçısı İtan Horvatın diskvalifikasiya alması səbəbindən qəbul olunub.

Co Lamli artıq yaxın günlərdə öz keçmiş klubuna qarşı oynaya bilər – “Şeffild Uensdey” Çempionşipin növbəti turunda “Middlsbro” ilə üz-üzə gələcək.

Hazırda “Şeffild Uensdey” İngiltərə Çempionşipinin turnir cədvəlində sonuncu – 24-cü pillədə qərarlaşıb.

Seçilən
95
90deqiqe.az

1Mənbələr