AZ

“Yes Cake” şirniyyat mağazası ilə bağlı narazılıq: “Tortu səhv vaxta hazırlayıblar, nə üzr var, nə məsuliyyət”

Sosial şəbəkələrdə Melissa Park ərazisində yerləşən “Yes Cake” adlı şirniyyat mağazası barədə narazılıq paylaşılıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, iddialara görə, mağaza müştərinin ad günü tortunu razılaşdırılmış vaxtda – saat 11:00-da təhvil verməli olsa da, sifariş axşam saatlarına saxlanılıb.

Şikayətçi qeyd edib ki, 4 gün əvvəl tort sifarişi verib və vaxtı dəqiqləşdirmək üçün mağaza ilə yazışıb:

“11:04-də tortu almağa hazır olduğumu yazdım, amma cavabda ‘axşam saatlarına danışmışıq, arxayın olun’ dedilər. Halbuki səs yazısında özləri 11:00-ı demişdilər. Sonra isə üzr istəmək əvəzinə kobud cavab verdilər – ‘ölüm-itim deyil ki’ dedilər.”

Qadın bildirib ki, mağaza əməkdaşlarının davranışı onu narazı salıb və heç bir üzrxahlıq və ya izahat verilməyib:

“Belə mühüm məsələdə müştəri məmnuniyyəti düşünülməli idi. Ən azından üzr istəmək olardı. Əvəzində mənə adboy dedilər və məsələ ilə maraqlanan olmadı.”

Şikayətçi əlavə edib ki, tortun gecikməsi səbəbindən ad günü tədbirində stres və narahatlıq yaşayıb, lakin vəziyyəti başqa xidmət göstərən şəxslərin köməyi ilə həll edə bilib:

“Mənim əsəbim və həyəcanım hələ də keçməyib. İnsanlar pul qazanmağı bilir, amma məsuliyyət hissi yoxdur.”

 

Seçilən
75
nocomment.az

1Mənbələr