AZ

Vərəmlə mübarizə üçün 1,6 milyonluq dərman alınacaq – qalib şirkətin vergi borcu var

Vərəmlə mübarizə üçün 1,6 milyonluq dərman alınacaq – qalib şirkətin vergi borcu var

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxs vərəmlə mübarizə üzrə tədbirlərlə bağlı dərman vasitələrinin satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “BİOPHARM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müəssisə ilə 1 milyon 666 min 416,77 manat məbləğində müqavilə bağlanması gözlənilir.

Əldə etdiyimiz digər məlumata görə, “BİOPHARM” MMC-nin hazırda 22 min 466,64 manat məbləğində vergi borcu mövcuddur.

Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Rəsim Əmrahov Şamil oğludur.

Seçilən
52
nocomment.az

1Mənbələr