AZ

Güləşçimiz dünya çempionu oldu

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

Bu barədə Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda moldovalı Vitali Yeryomenkoyla üz-üzə gəlib.

Rəqibini 6:3 hesabı ilə məğlub edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. \\Yeniavaz.com

Seçilən
37
hurriyyet.az

1Mənbələr