
Macarıstanda neft emalı zavodunda baş verən yanğının nəzarət altına alındığı və yanacaq təchizatının təhlükəsiz olduğu bildirilib.
Macarıstanın beynəlxalq neft və qaz şirkəti MOL-un açıqlamasında paytaxt Budapeştin cənubunda yerləşən Szazhalombatta şəhərindəki neft emalı zavodunda yanğın baş verdiyi qeyd edilib.
Açıqlamada səlahiyyətlilər tərəfindən fövqəladə vəziyyət protokolunun dərhal tətbiq olunduğu və heç kimin xəsarət almadığı bildirilib.
Macarıstan Baş naziri Viktor Orban yanğının səbəbinin araşdırıldığını və yanacaq təchizatının hadisədən təsirlənmədiyini bildirib.
Səlahiyyətlilər həmçinin zavod ətrafındakı hava keyfiyyətinin daimi izlənildiyini və sağlamlıq üçün təhlükə yarada biləcək heç bir göstəricinin aşkar edilmədiyini açıqlayıb.
Zavodun daxili yanğınsöndürmə briqadasının ilkin müdaxiləsindən sonra ətraf şəhərlərdən gələn yanğınsöndürənlər də hadisə yerinə çatıb və nəticədə yanğın nəzarət altına alınıb.
