Bu gün Ramiz Mehdiyev hadisəsi ətrafında baş verənlərdən hər kəs xəbərdardı.
Ramiz Mehdiyev haqqında yazmayacam. Onun haqqında mən o vəzifədə olanda, Mehdiyev repressiyalarına rəğmən yazmışam, müsahibələr vermişəm, təqib və təziqlərlə də üzləşmişəm. Zaman göstərdi ki, haqlı olmuşuq, hədəfi illər öncə, o vəzifədə olanda nişan almışıq… Hazırda isə Mehdiyev həm tarix, həm də istintaq qarşısında cavab verməkdədir…
Bu gün Sizə mahiyyətcə Mehdiyevçi olmuş, o vəzifədə olanda onun əlaltılarından sifarişlər almış, Mehdiyevlə fəxr etmiş bir “görkəmli siyasətçidən” partiya sədrində söz açmaq istəyirəm.
Bu şəxs mehdiyevçi olmadığını sübut etmək üçün odlu-alovlu açıqlamalar verir, Mehdiyevi daha çox tənqid etməklə özünün əsl mahiyyətini gizlədə biləcəyini düşünür.
Xarakter etibarı ilə sabit olmayan, əsasən siyasəti - avanturistliklə, rekertliklə qarışdıran bu siyasƏt dəlları belə olmasaydı bu qədər sürüşkən xarakterə sahib olmazdı.
2006-cı ildə partiya lideri Rəsul Quliyevi satan, ardınca “mən iqtidarın süpürgəçisi ilə də dialoqo hazıram” bəyanatını verən, qohumu Siyavuş Novruzov vasitəsilə Əli Həsənovla təmaslar quran, ondan aylıq 10 min dollar nəmər alaraq Ramiz Mehdiyevin məqalələrinin təhlilçisinə çevrilən (https://qafqazinfo.az/.../serdar-celaloglu-ramiz...) bu xəstə təfəkkürlü adam Sərdar Cəlaloğludur…
Sərdar Cəlaloğlu bu əlaqələri heç kimə sirr deyildir. Hətda o da sirr deyildir ki, Sərdar Cəlaloğlu Ramiz Mehdiyevin əlaltısı Əli Həsənovla bərabər qurduqları senariyə əsasən qardaşı Qurban Məmmədovu Londona söyüş müxalifətinin şanlı nümayəndəsi olaraq göndərmiş, özü konstruktiv müxalifət, qardaşı isə söyüş müxalifəti rolunu oynamışdır.
Zamanla qardaşı Qurban Məmmədovu Mehdiyevdən almış olduğu müəyyən informasiyalar təmin edən, Mehdiyev-Həsənov cütlüyünün siyasi hikkəsində özlərini fəda etmiş bu maşalar görünür öz keçmişlərini unutmaq qərarı veriblər…
2017-ci ilin əvvəllərindən etibarən rəhbəri olduğum Gələcək Azərbaycan Partiyası Mehdiyev-Həsənov cütlüyü ilə mübarizə aparanda, təqib və represiyalarla üzləşəndə, müavinlərim döyülüb həbs ediləndə (https://www.facebook.com/share/p/19n8js9THR/?mibextid=wwXIfr) bu gün Ramiz Mehdiyevin “tənqidçisi”nə çevrilmiş Sərdar Cəlaloğlu mənlə görüşərək məni bu gün hədəf seçdiyi insanları (Mehdiyev və Həsənov cütlüyünü) tərif edərək, məni bu yoldan çəkinməyə və hətda lazımdırsa həmin şəxslərlə əlaqələndirməyə hazır olduğunu da bildirmişdir…
Bu gün isə görünür öz himayədarlarından “bizi rahat hədəf seçərək özünü qorumaqda sərbəstsən. Sən özünü qorumalısan, gələcəkdə bizə lazım olacaqsan” tapşırığı almış bu siyasi riyakar görünür yeni gedişi ilə xalqı və dövləti aldada biləcəyini düşünür…
Atalarımız burada yaxşı deyib, “tülkü gizlənib, quyruğundan xəbəri yoxdur”…
Ağasif Şakiroğlu
Gələcək Azərbaycan Partiyasının sədri