AZ

Luvr muzeyindəki oğurluq muzeyə 88 milyon avro zərər vurub

Bakı. Trend:

Luvr muzeyində baş vermiş zinət əşyalarının oğurlanmasınəticəsində muzeyə 88 milyon avro dəyərində zərər dəyib.

Trend-inməlumatına görə, bu barədə Paris prokuroru Lor Bekko RTL radiosunaaçıqlamasında bildirib. “Luvr direktoru zərəri 88 milyon avroolaraq qiymətləndirir. Məbləğ təsirli olsa da, bu, tarixə vurulanzərərlə müqayisə oluna bilməz”, – deyə Bekko vurğulayıb.

Fransanın Mədəniyyət Nazirliyi Financial Times qəzetinəaçıqlamasında bildirib ki, oğurlanan zinət əşyalarısığortalanmayıb. Nazirlikdən qeyd olunub ki, Luvrda belə birsiyasət mövcud deyil, çünki Leonardo da Vinçinin “Mona Liza”sı və“Tanisin Böyük Sfinksi” kimi əsərlərin dəyərini müəyyənləşdirməkmümkün deyil.

Nazirlik sözçüsünün sözlərinə görə, milli muzey eksponatlarınormal saxlanma şəraitində olduqda onların sığortaçısı birbaşadövlət sayılır.

Xatırladaq ki, oktyabrın 19-da Luvr muzeyində baş verən qarətzamanı “Fransa taxtının inciləri”nin saxlandığı qalereyadan səkkizədəd zinət əşyası oğurlanıb. Oğrular hadisə yerindən qaçmağıbacarıblar. Luvrun Apollon qalereyasında törədilən oğurluq zamanıİmperatrisa Evgeniyaya məxsus təxminən 2000 brilliantla bəzədilmişdiadem, Kraliça Mari-Ameliyanın sapfir boyunbağısı və IIINapoleonun anasına aid qiymətli bəzəklər də oğurlanan əşyalararasında olub.

Seçilən
9
az.trend.az

1Mənbələr