AZ

“Mançester Siti” səfərdə “Vilyarreal”ı məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinin III turu çərçivəsində “Vilyarreal” öz meydanında İngiltərə təmsilçisi “Mançester Siti”ni qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Keramika” stadionunda keçirilən görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.

Qarşılaşmanın 17-ci dəqiqəsində “şəhərlilər”in norveçli ulduzu Erling Haaland hesabı açıb. İlk hissənin sonuna yaxın – 40-cı dəqiqədə isə portuqaliyalı yarımmüdafiəçi Bernardu Silva fərqi iki topa çatdırıb və matçın yekun nəticəsini müəyyənləşdirib – 2:0.

Xatırladaq ki, əvvəlki turda “Vilyarreal” “Yuventus”la 2:2 hesablı heç-heçə edib. “Mançester Siti” isə “Monako” ilə eyni hesabla – 2:2 bərabərə qalıb.

Seçilən
87
90deqiqe.az

1Mənbələr