Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, üçüncü turun ilk oyun günündə keçirilən doqquz qarşılaşma çərçivəsində "Royal Union" - "İnter" və "Vilyarreal"- "Mançester Siti" görüşləri xüsusi maraqla qarşılanıb.
"Keramika" stadionunda "şəhərliləri"i qəbul edən "Vilyarreal" güclü rəqibinə məğlub olub - 0:2. İngiltərə təmsilçinin qollarını Erlinq Holanda və Bernardu Silva vurublar.
"İnter" isə səfərdə Belçikanın "Royal Union" klubundan aşkar üstün olub - 0:4. Darmadağınla qalib gələn Milan təmsilçisindən qol müəllifləri Denzel Dumfris, Lautaro Martines, Hakan Çalhanoğlu (penaltidən) və Françesko Espozito olublar.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Barselona" - "Olimpiakos" - 6:1;
"Kayrat" - "Pafos" - 0:0;
"Arsenal" - "Atletiko Madrid" - 4:0;
"Bayer Leverkuzen" - PSJ - 2:7;
"Kopenhagen" - "Borussiya Dortmund" - 2:4;
"Nyukasl Yunayted" - "Benfika" - 3:0;
PSV - "Napoli" - 6:2.
Qeyd edək ki, turun oyunlarına oktyabrın 22-də yekun vurulacaq.
UEFA Çempionlar Liqası: "İnter" və "Mançester Siti"dən səfər qələbələri
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
